ALLIGAT

18.5 ₼
Məhsul haqqında
İstehsal ölkəsi
Dizayn ölkəsi
İSTEHSAL ÖLKƏSİ
İngiltərə
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR
- E vitamininin hipovitaminozu; - Menstrual tsikl pozulması, hamiləliyin pozulması təhlükəsi, kimakterik vegetativ pozulmalar; - Kişi cinsi sistemin disfunksiyası. Kişi və qadın sonsuzluğu, hamiləliyin birincili sona çatdırılmaması, uşaqlıq daxili kontraseptivlərdən istifadə; - Epilepsia, Parkinson xəstəliyi, Alsheymer, diskeneziya Nevrosteniya, astenik sindrom, amiotrofik ilkin əzələ distrofiyası; - Hiperlipoproteinemiya, ateroskleroz, kardiomiopatiya, hemolitik anemiya, damarların spazmı; - Əzələlərdə (miopatiya), oynaqlarda, vətərlərdə degenerativ-distrofik dəyişiklik; - Birləşdirici toxumaların sistem xəstəlikləri (sklerodermiya, sistem qırmızı qurdeşənəyi, revmatoid artrit və s); - Dəri xəstəlikləri (dermatit, psoriaz, trofiki xoralar, ekzema); - Göz xəstəlikləri ( Göz dibinin sklerotik dəyişikliyi); - Travmalardan, ağır somatik xəstəliklərdən sonra bərpa dövründə; - Artmış fiziki yüklənmə zamanı; - Şəkərli diabet, hormonal disbalans; - Şis xəstəliklərinin kompleks müalicəsində, kimya terapiyadan sonra; - Antioksidant terapiya lazım olan xəstəliklər zamanı.
İSTİFADƏ QAYDASI
12 yaşdan yuxarı uşaqlar və böyüklərə Alligat yeməkdən sonra daxilə təyin olunur. Əzələ distrofiyalarında, sinir-əzələ sisteminin, vətər-oynaq aparatının xəstəlikləri zamanı 1 kapsul sutkada 1 dəfə təyin olunur. Müalicə kursu 30-60 gün təşkil edir, təkrari kurs 2-3 aydan sonra aparılır. Kişilərdə spermatogenez və potensiya pozğunluğu zamanı 1 kapsul gündə 1-2 dəfə təyin edilir. Hormonal terapiya ilə yanaşı 30 gün ərzində təyin olunur. Dölün bətndaxili inkişafının pozulması zamanı 1 kapsul gündə 1 dəfə hamiləliyin I trimestri ərzində təyin edilir. Hamiləliyin pozulması təhlükəsi zamanı 1 kapsul sutkada 1 dəfə 10-30 gün ərzində təyin olunur. Ürək-damar, göz xəstəliklərinin kompleks terapiyasının tərkibində 1 kapsul sutkada 1 dəfə təyin olunur. Müalicə kursu 1-3 həftə təşkil edir. Dermatoloji xəstəliklər zamanı 1 kapsul sutkada 1 dəfə təyin olunur. Müalicə kursu – 20-40 gün təşkil edir.